5-ci siniflərdə növbəti monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1649067953624ac7b1a7aa78.26931001.jpg)
04.04.2022-ci il tarixində 5-ci siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə növbəti monitorinq keçirilib. Bu monitorinqin il ərzində aparılan digər monitorinqlərdən fərqi ondadır ki, monitorinq yalnız açıq suallar əsasında aparılıb. Hər bir fənn üzrə mövcud məzmun xətlərini-
Ana dili:
1) Dinləyib-anlama və danışma
2) Oxu
3) Yazı
4) Dil qaydaları
Riyaziyyat:
1) Ədədlər və əməllər
2) Cəbr və funksiyalar
3) Həndəsə
4) Ölçmə
5) Statistika və ehtimal
İngilis dili:
1) Dinləyib-anlama
2) Danışma
3)Oxu
4) Yazı- məzmun xətlərini əhatə edən 5 açıq sual tərtib edilib. Şagird bu suallar üzrə cavablarını elmi fikirləri ilə tam əsaslandırmalı və tədris prosesində biliklərə yiyələnərkən standartın həm bilik, həm də fəaliyyət hissəsini reallaşdırdığını öz cavablarında əks etdirməlidir. Bu cavablar ekspertlər tərəfindən şagirdlərin biliklərlə yanaşı fənlər üzrə hansı bacarıqlara yiyələnməsi baxımından qiymətləndirilərək ümumi keyfiyyət statistikası çıxarılması nəzərdə tutulub.
5-ci sinif pilləsində 4 sinif paralelində təhsil alan 90 şagird monitorinqə cəlb edilib. Şagirdlər təsadüfi seçmə üsulu ilə sinif otaqlarında komplektləşdirilib. Nəzatçilər şagirdləri təlimatlandırdıqdan sonra monitorinq başlayıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova monitorinqin gedişinə sona qədər nəzarət edib.