Məktəbəhazırlıq qruplarımız "Ən gözəl bayram 23 Nisan" eTwinning proyektində
96 nömrəli məktəbin 0"A" və 0"B" qrupları oz qrup rəhbərləri İsayeva Ceyran və Mustafayeva Lalə ilə birgə eTwinning plus layihəsi çərçivəsində 2 Azərbaycan ümumtəhsil məktəbinin və 7 Türkiyə dövlət məktəbinin işrirak etdiyi ortaq proyektə qatılıblar. Proyekt "Ən gözəl bayram 23 Nisan" adlanır. Xalqın və dövlətin gələcəyi olan uşaqlara duyulan sevgi və göstərilən diqqətin bariz nümuməsi olan və qardaş dövlətin milli bayramı 23 Nisan Ulusal Egemenlik və Cocuq bayramına həsr edilmiş bu proyektdə hər iki dövlətin körpə fidanları bilik və bacarıqlarını paylaşaraq bir- birlərinə müxtəlif video təqdimatlar və hədiyyələr hazırlayıb göndərirlər. Sevgi və əməyin belə paylaşılması uşaqlarda dostluq, paylaşmaq, yardımlaşmaq kimi dəyərlər formalaşdlrır. Proyekt 23 apreldə baça çatacaq. Artıq müəllimlər arasında müxtəlif formatlı distant görüşlər keçirilib. Şagirdlər tanışlıq xarakterli təqdimatlar hazlrlayıb yoldaşları ilə paylaşıblar. Bu işimizin də uğurla sonlanacağına əminik!