4 günlük şərəfli Aprel müharibəsinin ildönümünə həsr edilmiş "Hay ver mənə, cənab leytenant!" adlı tədbir keçirilib

01.04.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 6-cı ildönümünə həsr edilmiş "Hay ver mənə, cənab leytenant!" adlı tədbir keçirilib.Tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb. Daha sonra Böyük Zəfərimizin ilk qığılcımı olan 4 günlük şərəfli Aprel müharibəsindən bəhs edən video material təqdim olunub. Məktəbin tarix müəllimi Nəzakət Əzizzadə Aprel döyüşlərinin tarixi və hərbi əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Müxtəlif məzmunlu şagird təqdimatları, mahnı, şeir ifaları dinlənilib. Daha sonra söz məktəbin direktoru Mehriban Hacıyevaya verilib. Mehriban Hacıyeva tədbirdə işfirak edən qonaqları salamlayıb. Şagirdlərə və müəllimlərə gözəl təqdimatlar, çıxışlar üçün təşəkkür edib. Sözü sağlamlığını Vətən torpaqlarının azadlığı uğrunda fəda edən Vətən qazilərinə verib. Qazilərin təsirli çıxışından sonra Sabunçu rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov çıxış edib.Tədbirin sonunda tribunaya tədbirin fəxri qonağı Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı dəvət edilib. Şəmistan müəllim həzin səsi, gözəl ifası, ürəyəyatımlı ahəngi ilə şagirdlərimizlə birgə "Hay ver mənə, cənab leytinant!" mahnısını ifa edərək bütün zalı coşdurub. Hamını kövrəldib.Tədbir qələbə abu havasında, zəfər ruhunda başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi