" e Twinning plus" layihəsi çərçivəsində şagirdlərimiz "Gelenegimdə oyun var" proyektində

96 nömrəli tam orta məktəbin 3"A" və 2"B" sinif şagirdləri müəllimləri Çiçək Daşdəmirova və Təranə Nəcəfova ilə birgə "eTwinning plus" layihəsi çərçivəsində qardaş ölkə olan Türkiyənin bir neçə şəhərində fəaliyyət göstərən dövlət ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin də iştirak etdiyi "Gelenegimdə oyun var" adlı proyektə qoşulublar. Mart ayından başlayan və aprelin sonunda bitməli olan bu proyektdə şagirdlər idman dərslərində müxtəlif oyunlar oynayır, digər məktəblərlə internet üzərindən canlı bağlantılar yaradır, təcrübə və fikir mübadiləsi aparırlar. 31.03.2022-ci il tarixində 2"B" sinfi layihə çərçivəsində fiziki tərbiyə dərsində müəllimləri Çiçək Daşdəmirova ilə birgə "Kurt baba", " Körebe", "Misket", "Köşe kapmaca" oyunlarını oynayaraq çəkilmiş videoları qardaş ölkədə yaşayan həmyaşıdları ilə bölüşüblər.Şagirdlər oyunlardan və bu əməkdaşlıqdan zövq alıblar və işin icrasına böyük həvəslə yanaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi