Azərbaycanlıların Soyqrımı Gününə həsr edilmiş nümunə dərs dinlənilib
Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı aparılmış bir qəddar siyasətdir. 31.03.2022-ci il tarixində 96 nömrəli məktəbin 5 "A" sinfində bu mövzuya həsr edilmiş nümunə dərs dinlənilib. Tarix müəllimi Nəzakət Əzizzadə şagirdlərə "soyqrım" kəlməsinin izahını verərək, Azərbaycan xalqına qarşı edilmiş vəhşiliklərdən, başımıza gələn faciələrdən söz açıb. Sonra şagirdlərin mövzuya həsr edilmiş təqdimatları dinlənilib. Dərsdinləmədə məktəbin direktor müavini Nigar Süleymanova və müəllimlər iştirak edibl