Son monitorinqin nəticələrini təhlil etmək üçün IX sinif şagirdləri ilə görüş keçirilib

16.03.2022-ci il tarixində BŞTİ tərəfindən buraxılış imtahanı modeli əsasında IX siniflərdə keçirilmiş son monitorinqin nəticələrini müzakirə və müqayisə etmək üçün 29.03.2022-ci il tarixində məktəbin direktoru Mehriban Hacıyeva 3 paraleldə təhsil alan IX sinif şagirdləri ilə görüşüb. İlk olaraq bir və bir neçə fəndən aşağı nəticə göstərən şagirdlərlə söhbət edən direktor onların uğursuzluqlarının səbəbi ilə maraqlanıb, şagirdlərə qalan vaxtdan səmərəli istifadə etmək üçün müəyyən tövsiyələr verib. Daha sonra ümumi balı 200-dən yuxarı olan şagirdlərlə söhbət apararaq, şagirdləri daha yüksək nəticələrə fokuslanmağa, daha mübariz olmağa səsləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi