"Bədii əsərlərdə Novruz inancları" adlı tədbir keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164745488162322aa1550fd2.15802179.jpg)
Məktəbimizdə bayram tədbirləri davam edir. Şagirdlərimiz müxtəlif formatlı tədbirlərdə Novruz ənənələrini canlandırmağa, Novruz ətirli mühit yaratmağa çalışırlar.16.03.2022-ci il tarixində məktəb kitabxanasında keçirilən tədbir də bu silsilədən olub. Uşaqlar məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanovanın və kitabxana müdiri Ofeliya İsmayılovanın iştirakı ilə oxuduqları, öyrəndikləri bədii əsərlərdə təsvir edilmiş Novruz adətlərini, inanclarını yada salıb, Azərbaycanın milli dəyəri olan Novruzun qədimliyi, xalqımız üçün əhəmiyyəti barədə müzakirələr aparıblar.