IX siniflərdə növbəti monitorinq keçirilib

16.03.2022-ci il tarixində IX siniflərdə BŞTİ-nin təlimatına əsasən buraxılış fənləri üzrə növbəti monitorinq keçirilib. Monitorinq bütün məktəblərdə saat 09.00-da başlanıb. Şagirdlərin ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə bilikləri və imtahana hazırlıq səviyyələri yoxlanılıb. 96 nömrəli məktəbdə aparılan monitorinqə məktəb rəhbərliyi sonadək nəzarət edib