" Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu keçirilib
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 28.02.2022-ci il tarixli F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə verilmiş Bakı Şəhəri üzrə Təhsil idarəsinin 03.03.2022-ci il tarixli F-89 nömrəli əmrinə əsasən 11.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə müsabiqənin məktəb turu keçirilib. Məktəb turuna 9-cu sinif şagirdi İsmayılova Fidan, 10-cu snif şagirdləri Nəzrin Məmmədli, İbrahimli Əfsun və Aysel Məmmədova qatılıb. Münsiflər-məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Nigar Süleymanova , tarix müəllimi Şeyda Hüseynova, ana dili müəllimləri Ofeliya Məmmədova, Aygün Qəhrəmanova tələb olunan meyarlara uyğun olan iki şagirdin- Nəzrin Məmmədlinin və Aysel Məmmədovanın şəhər turuna göndərilməsinə qərar verib. Şagirdlərimizə müsabiqənin növbəti mərhələsi üçün müəyyən tövsiyələr verilib və bol-bol uğur arzu edilib.