IX siniflərdə xarici dil fənni üzrə növbəti monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1647256034622f21e2a8faf0.85753841.jpg)
11.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin IX siniflərində növbəti monitorinq xarici dil fənni üzrə keçirilib. Monitorinqin məqsədi buraxılış imtahanınadək qalan az vaxtdan səməri istifadə etmək, şagirdlərin hazırlıq səviyyəsini yenidən qiymətləndirmək və növbəti addımları nəticəyönümlü atmaq olub. Monitorinqin gedişinə məktəbin direktoru Mehriban Haclyeva və direktor müavini Mahirə Rüstəmova sonadək nəzarət edib.