Şagirdimiz təşəkkürnamə ilə təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2021- ci ilin oktyabr-dekabr aylarında keçirilmiş " Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri 10 mart 2022- ci il tarixində BŞTİ-nin keçirdiyi mükafatlandırılma tədbirində təltif olunublar. Sevindirici haldır ki, bu şagirdlərin sırasında 96 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Alıyeva Aynur İlqar qızı da olub. 11.03.2022-ci il tarixində məktəbin direktoru Mehriban Hacıyeva təşəkkürnamə ilə təltif olunmuş şagirdimizlə görüşərək, onu təbrik edib, ona gələcək müsabiqələrdə daha böyük uğurlar arzu edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi