“Firidun bəy Köçərli və Azərbaycanın təhsil tarixi” adlı elmi praktik konfrans keçirilib

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 10.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə “Firidun bəy Köçərli və Azərbaycanın təhsil tarixi” adlı elmi praktik konfrans keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın açılış nitqi ilə konfrans öz işinə başlayıb. Firidun bəy Köçərli haqqında 96 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Məmmədovanın hazırladığı video təqdimat nümayiş etdirilib. Konfransda millət vəkili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, fəlsəfə doktoru Sadiq Qurbanov, millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru Əliabbas Salahzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov, fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, pedaqoji elmlər doktoru, professor, şöhrət ordenli Hikmət Əlizadə, AMEA A.A. Bakıxanov adına Tarix İnstitunun “Azərbaycan Xalq Cumhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Analitika və Beynəlxalq layihələr şöbəsinin məsləhətçisi Elnur Qasımov , Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qənbərova pandemiya şərtlərini pozmayacaq sayda valideyn, müəllim və şagird iştirak edib. Tədbirdə İrəvan Müəllimlər Seminariyasının acı taleyini əks etdirən video material təqdim olunub. Millət vəkillərinin çıxışları, görkəmli elm xadimlərinin məruzələri dinlənilib. Konfransda həmçinin 96 nömrəli tam orta məktəbin ana dili və ədəbiyyatı müəllimi Ofeliya Məmmədova və məktəbin 10-cu sinif şagirdi Aysel Məmmədova da çıxış ediblər. Konfrans məhsuldar şəraitdə öz işini sona çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi