9-cu siniflərdə ana dili fənni üzrə növbəti monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164689030562298d41e68247.28695156.jpg)
BŞTİ-nın 9-cu siniflərdə buraxılış imtahanı modeli üzrə keçirdiyi son monitorinqdə məktəbimizin 9-cu sinif şagirdləri digər fənlərə nisbətən ana dili fənnindən daha zəif nəticə göstərib. Məktəb rəhbərliyi məsələyə ciddi yanaşaraq 9-cu siniflərdə dərs deyən ana dili, riyaziyyat və ingilis dili müəllimləri ilə iclas çağırıb, onların qarşısında məsələ qaldırıb. Ana dilinə diqqəti artırmağı, zəif nəticəni tezliklə aradan qaldırmağı, məktəb tərəfindən təşkil edilən əlavə məşğələlərin proqramında son nəticələrə uyğun müvafiq dəyişiklik etməyi tövsiyə edib. Görülmüş işlərin məhsuldarlığını yoxlamaq məqsədi ilə bu gün 9-cu siniflərdə ana dili fənni üzrə monitorinq keçirilib. Monitorinqin gedişinə məktəbin direktoru Mehriban Hacıyeva və direktor müavini Mahirə Rüstəmova şəxsən nəzarət ediblər.