Şagirdlərimiz Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1646888816622987708c7db7.21728855.jpg)
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində 96 nömrəli məktəbin 6,7,8-ci sinif şagirdləri tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova və məktəbin kitabxana müdiri Ofeliya İsmayılova ilə birgə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar. Şagirdlər kitabxananı gəzərək, bələdçinin köməyi ilə kitabxana fondu ilə tanış olublar. Firidun bəy Köçərlinin kitabları, yazıları, uşaq ruhuna, uşaq dilinə yaxın əsərləri şagirdlərin diqqətini cəlb edib. Sonda uşaqlar Firidun bəy Köçərli haqqında sənədli filmə baxıblar. Şagirdlərimiz kitabxanadan xoş təəssüratla ayrılıblar.