“İmtahan həyacanının idarə edilməsi” adlı seminar keçirilib
05.03.2022 ci il tarixində 96 nömrəli tam orta məktəbdə buraxılış imtahanlarının yaxınlaşması ilə əlaqədar IX və XI sinif şagirdləri üçün “İmtahan həyacanının idarə edilməsi” adlı maarifləndirici seminar keçirilib. Seminarı məktəbin psixoloqu Sevinc Abdullayeva aparıb. O şagirdlərə həyacanı aradan qaldırmağın yolları barədə danışıb, imtahan öncəsi fiziki və psixoloji hazırlıqlı olmaları üçün faydalı tövsiyələr verib. Məktəbin direktoru Mehriban Hacıyeva və direktor müavini Nigar Süleymanova da görüşdə çıxış edərək, şagirdlərə qarşıdakı imtahanlarda uğurlar arzulayıblar.