Məktəbimizdə məktəblərarası mini futbol yarışı keçirilib

“5 mart-Bədən Tərbiyəsi və

İdman Günü” ərəfəsində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi ilə əlaqədar tərtib edilmiş tədbirlər planında nəzərdə tutulduğu kimi 03.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin idman zalında 28, 148 və 96 nömrəli məktəblərin komandaları arasında Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın əziz xatirəsinə həsr edilmiş mini futbol yarışı keçirilib. Yarışı izləmək üçün Sabunçu rayon Gənclər və İdman İdarəsindən nümayəndələr də gəlib. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərə İdman həftəsinin əhəmiyyətindən və uşaqların tərbiyəsində idmanın fiziki və psixoloji rolundan, sağlam həyat tərzinin önəmindən danışıb. O 96, 28 və 148 nömrəli məktəblərin fiziki tərbiyə müəllimlərinə bu yoldaşlıq oyununu təşkil etdikləri üçün təşəkkür edib. Daha sonra yarış başlayıb. Qızğın mübarizədən sonra 96 nömrəli məktəbin komandası I, 28 nömrəli məktəbin komandası II , 148 nömrəli məktəbin komamdası isə III yerə çıxıb. Komandalara kubokları, medalları və diplomları məktəbin direktor müavinləri Mahirə Rüstəmova və Nigar Süleymanova təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi