Məktəbimizdə siniflərarası basketbol yarışı keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1646212758621f3696a329e7.95714298.jpg)
“5 mart -Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi ilə əlaqədar tərtib edilmiş tədbirlər planının 3-cü gün fəaliyyəti kimi nəzərdə tutulmuş “Oyun idman növləri üzrə yarışlar” kateqoriyasına uyğun olaraq 02.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin idman zalında 8-ci sinif şagirdləri arasında basketbol yarışı keçirilib. Yarışı fiziki tərbiyə fənn birləşməsinin sədri Ənsərli Mətanət təşkil edib. Gərgin mübarizə nəticəsində qalib gələn komanda üzvləri diplomlarla təltif edilib. Yarışı izləyənlər sırasında məktəb rəhbərliyi, fiziki tərbiyə müəllimləri və şagirdlər olub. Sonda xatirə fotosu çəkilib.