İstedadlı şagirdlər diqqətimizdədir

28.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə xüsusi istedadları ilə fərqlənən 5 “B” sinif şagirdi Abdulkərimova Simuzər və 8 “A” sinif şagirdi Abdulkərimova Səidə bacılarının “Peyzaj” və “Açıq” mövzuda sulu boya ilə çəkilmiş rəsmlərindən ibarət sərgi təşkil edilib. Bir-birindən gözəl və maraqlı rəsmlər məktəb şagirdlərində maraq oyadıb. Məktəbin direktoru Mehriban Hacıyeva uşaqların əl işləri ilə şəxsən tanış olaraq onları uğurlu iş münasibəti ilə təbrik edib. Gələcək yaradıcı işlərində nailiyyətlər arzu edib.