Məktəbimizdə səhər gimnastikası keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1646136387621e0c43682db9.87733686.jpg)
5 mart -Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi ilə əlaqədar tərtib edilmiş tədbirlər planında nəzərdə tutulduğu kimi 01.03.2022-ci il tarixində səhər sıra xəttində idman müəllimlərinin iştirakı ilə şagirdlərimizin səhər gimnastikası təşkil edilib. Musiqi sədaları altında şagirdlər idman müəllimlərinin göstərdiyi müxtəlif hərəkətləri təkrarlayıblar. Eyni zamanda məktəb rəhbərliyi şagirdlərə idman və hərəkətli yaşam tərzinin onların sağlamlığı üçün nə qədər faydalı olduğu haqqında maarifləndirici məlumatlar verib.