“Gülzar nənənin çərşənbə nağılları” adlı tədbir keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-85 nömrəli əmri ilə təsdiq edilmiş “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər planının reallaşdırılması istiqamətində görüləcək işlər çərçivəsində 01.03.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə “Gülzar nənənin çərşənbə nağılları” adlı çərşənbə tədbiri keçirilib. Tədbirə uşaq yazarı, körpə fidanların sevimlisi Azərbaycan Yazıçılar Birliyinin üzvü, H.Zərdabi təqaüdçüsü Gülzar İbrahimova dəvət edilib. İstedadlı şagirdlərimiz yazıçının ən maraqlı nağıllarını, hekayələrini məharətlə səhnələşdirib, onun sözlərinə yazılmış gözəl mahnılar ifa ediblər. Gülzar nənə onlara fərqlı təqdimatlarına görə təşəkkür edib, ən son kitablarından bir neçəsini uşaqlara hədiyyə edib.Tədbir çərşənbə dəyərlərini canlandırmaqla davam edib. Məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərin dəvətini qəbul edib gəldiyi üçün yazıçıya təşəkkür edib, körpə balaların məharətli çıxışlarını alqışlayıb.