Şagirdlərimiz Ana harayı abidəsini ziyarət edib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164582184962193f9963a4c3.28851133.jpg)
25.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin 7”A” və 7 “B” sinif şagirdləri məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, Uşaq Birliyi Rəhbəri Kəmalə Sadıqova və psixoloq Sevinc Abdullayeva ilə
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda ucaldılmış Ana harayı abidəsini ziyarət ediblər. Şagirdlərimiz abidə önünə gül dəstələri qoyublar.