Xocalı harayı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164582106062193c84683d27.10011965.jpg)
25.02.2022-ci il tarixində 96 nömrəli məktəbin akt zalında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib. Tədbirdə Sabunçu rayon Əmək və Müharibə Veteranları təşkilatının sədri Sabir Allahverdiyev, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva müharibənin acı həqiqətlərindən, erməni təcavüzkarlarının Xocalıda törətdiyi amansız qətliamdan ürəkağrısı ilə danışıb, Xocalının narahat ruhlarının nəhayət ki, dinclik tapdığını, düşməndən qisasın alındığını, lakin şagirdlərə bunu hər zaman xatırlamağı, ermənilərin törətdikləri vəhşiliyi heç zaman unutmamağı tövsiyə edib. Daha sonra Sabir müəllim müharibənin acı xatirələrini şagirdlərlə bölüşüb. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, tarix müəllimi Nəzakət Əzizzadə çıxış ediblər. Xocalı soyqrımı haqqında məlumat xarakterli video təqdimat edilib. Məktəbin 7-ci sinif şagirdləri öz kompozisiyalarını ifa ediblər. Sonda “Xocalı harayı” adlı qısametrajlı film nümayiş etdirilib.