Xocalı faciəsinin 30-cu ildönümümə həsr edilmiş xüsusi dərslər keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16458199886219385426f7b6.09868805.jpg)
BŞTİ-nin 14.02.2022-ci il tarixli F-63 nömrəli "Xocalı soyqrımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Tahsil İdarəsinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmrinin icrası istiqamətində 25.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə silsilə xüsusi dərslər keçirilib. Müəllimlər bu dəhşətli tarixi soyqrımın haqqında şagirdlərə geniş məlumat verib, şagirdlər sinifdə yaradılmış guşələr qarşısına qırmızı qərənfillər qoyaraq şəhidlərin ruhuna ithafən şeirlər ifa ediblər. Faciəni şagird yaddaşına hopdurulması, onların Vətən torpaqlarına bağlı, xalqına məhəbbət, sədaqət hisləri ilə böyüməsi üçün bu tədbirlərin təşkili məktəb rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılıb.