Narahat ruhlar şəhəri nəhayət dinclik tapıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16457869776218b7613a84d9.73886348.jpg)
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalı yaramız bu faciənin 30-cu ildömümü ərəfəsində Xocalının azad olması ilə qaysaq bağlayıb. Xocalı düşmən tapdağından qurtulsa da, şəhid qanı ilə doymuş bu torpaq bu dağı, bu müsibəti heç vaxt unutmayacaq. Bizlər də unutmayacağıq. Gənclərimizə, gələcək nəsillərimizə də unutdurmayacağıq. Məhz elə bu səbəbdən təhsil ocaqlarımızda o cümlədən 96 nömrəli məktəbdə keçirilən silsilə tədbirlərlə bu faciə şagird yaddaşına hopdurulub. Sinif otaqlarında bu mövzuda divar qəzetlərinin hazırlanması, məktəbin foyesində uşaqların çəkdikləri rəsmlərdən təşkil edilmiş sərgi bu səpkidə görülən işlərdəndir.