10-cu siniflərdə monitorinq keçirilib
22.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 10-cu siniflərində ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin l yarım ildə əldə etdikləri bilik və bacarıqları dəyərləndirmək üçün monitorinq təşkil edilib. Məktəbdə fəaliyyət göstərən 3 X sinif komplekti monitorinqə cəlb edilib. Qeyri fənn müəllimləri sırasından seçilən nəzarətçi müəllimlər sinif otaqlarına təhkim edilərək monitorinq müddəti ərzində ciddi nəzarət mexanizmini təmin ediblər. Məqsəd şagirdlərin bilik səviyyəsini obyektiv qiymətləndirmək və tədrisin gedişində nəticələrə görə operativ dəyişikliklər etmək olub.