“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turuna start verilib

Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, onların Azərbaycan və dünya ədəbiyyatı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı şagirdlərin üzə çıxarılması məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təsis etdiyi “Mənim gündəliyim” müsabiqəsinin məktəb mərhələsi 8 şagirdin iştirakı ilə məktəbimizdə bu gündən başlayıb. Məktəb kitabxanasında müsabiqəyə qoşulan şagirdlərlə dəyirmi masa arxasında görüşən məktəbin direktoru Mehriban Hacıyeva onlara kitab seçimində tövsiyələr verib, bədii əsərlərin uşaqların mənəvi tərbiyəsindəki müsbət rolundan geniş danışıb və şagirdlərə müsabiqənin gedişində uğurlar arzu edib. Tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova iştirakçılara müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib, gündəliyin tərtibatı və əsərin refleksiyasının yazılması şəklinə istiqamət verib. Görüşdə məktəbin kitabxana müdiri Ofeliya İsmayılova və kitabxanaçı Təranə Cəfərova da çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi