Perimetr
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1645213700620ff804e51cd3.39720780.jpg)
Növbəti maraqlı açıq dərs nümunəsi dinlənilib. Məktəbimizin riyaziyyat müəllimi Fatimə Hacıyevanın təqdimatında 5”A” sinfində təşkil olunan bu nümunə dərsi aylığın yaxşı dərslərindən hesab edilib. Müasir dərsin bütün tələblərinə cavab verən dərs nümunəsi özündə İKT, qrup işi, rəngarəng iş vərəqləri, internet resursları, əyani vəsaitlər, müəllim fasilitatorluğu, şagird fəallığı kimi vacib nüansları əks etdirib. Dərs məktəb rəhbərliyi, riyaziyyat fənn birləşmə sədri və müəllimlər tərəfindən dinlənilib. Dərs nümuməsi məqsədinə çatmış uğurlu dərs kimi dəyərləndirilib.