Şagirdlərimiz Bülbülün Memorial Muzeyini ziyarət ediblər

17.02.2022-ci il tarixində məktəbimizin 3”A” sinif şagirdləri sinif müəllimləri Təranə Nəcəfova ilə birgə Azərbaycan Rəssamlar İttifaqının 2-ci mərtəbəsində yerləşən Bülbülün Memorial Muzeyini ziyarət ediblər. Muzey 4 ekspozisiya otağında yerləşdirilib. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanıb. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Şagirdlər bələdçinin və Təranə müəllimin verdiyi informasiyaya əsasən eksponantlarla yaxından tanış olublar, eyni zamanda Bülbülün 1992-ci ilə kimi Şuşada fəaliyyət göstərən və bu muzeyin filialı olan Ev-muzeyi haqqında da məlumat əldə ediblər. Müəllimləri onlara söz verib ki, bir gün mütləq şagirdlərlə birgə Bülbüıün Şuşadakı Ev-muzeyini də ziyarət edəcəklər. Uşaqlar oradan xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi