Mövzu: Dövrü alqoritm

Bu gün şagird üçün rəqəmsal bacarıqların, İKT biliklərinin vacibliyini göz önündə tutan məktəb rəhbərliyi tez-tez informatika fənni üzrə dərsdinləmələrdə iştirak edir. 6”A” sinfində dinlənilən “Dövrü alqoritm” mövzusuna həsr edilmiş dərs şagirdlər qədər dinləyici müəllimlərin və rəhbərliyin də diqqətini cəlb edib, onlarda dərin maraq oyadıb. Şəfiqə Salmanovanın təqdimatında ərsəyə gələn dərsdə rəngarəng şagird təqdimatları, şagirdlərin hazırladıqları elektron resurslar, maraqlı cavablar xoş təəssürat yaradıb. Şagirdlərin aktivliyi, ağıllı lövhə və İKT avadanlıqları ilə sərbəst işləmək bacarıqları diqqətdən yayınmayıb. Dərs nümunəsi interaktiv, müasir və metodik-pedaqoji tələblərə cavab verən dərs kimi qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi