IX siniflərdə növbəti monitorinq keçirilib

15.02.2022-ci il tarixində IX siniflərdə növbəti monitorinq keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən və göndərdiyi suallarla 3 fəndən: Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən təşkil edilmiş monitorinqin məqsədi şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsindəki inkişaf dinamikasını ölçmək olub. 96 nömrəli tam orta məktəbdə təhsil alan 73 IX sinif şagirdindən 64 nəfərinin iştirakı ilə keçirilən imtahan saat 09.00- da başlayıb. Şagirdlər 5 sinif otağında öncədən təhkim edilmiş nəzarətçinin müşayəti ilə 3 saat ərzində sualları cavablandırıblar. İmtahanın gedişi sona qədər məktəb rəhbərliyinin nəzarətində olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi