Kitab ən dəyərli hədiyyədir

2012-ci ildən 14 fevral tarixi dünyada beynəlxalq kitab bağışlama günü kimi qeyd olunur. Bu əlamətdar gün kitab bağışlayan və kitaba məhəbbət yaradan bütün insanları özündə birləşdirir. Məktəbimizin 3”B” sinif şagirdləri də bu əlamətdar günü məktəb kitabxanasında sinif müəllimləri, kitabxana işçiləri ilə birgə qeyd ediblər. Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsərini səhnələşdirən şagirdlər öz istedadlarını məharətlə nümayiş etdiriblər. Sinif müəllimi Kazımova Məhbubə şagirdlərini maraqlı təqdimatları üçün və “kitab bağışlama” günü münasibəti ilə təbrik edib, fərqlənən fidanlara maraqlı kitablar hədiyyə edilib. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Cəfərova Təranə də iştirak ediblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi