Riyaziyyat aylığı davam edir
Məktəbimizdə riyaziyyat aylığı davam edir. Maraqlı dərs nümunələri, bilik yarışları bir-birini əvəz edir. Növbəti dərs 10”C” sinfində dinlənilib. Dərsi məktəbin ən bacarıqlı riyaziyyat müəllimlərindən olan Solmaz Əsədova təqdim edib. Mövzu “Triqonometrik tənliklərin həlli” olub. Təmayül sinfi olan 10”C” yenə də fəallığı və təqdimatı ilə seçilib. Şagirdlər həvəslə öz riyazi bacarıqlarını nümayiş etdirmək üçün səfərbər olublar. Dərsdə məktəbin direktoru Mehriban Hacıyeva , direktor müavini Mahirə Rüstəmova və riyaziyyat fənn birləşməsinin müəllimləri dinləyici kimi iştirak ediblər. Dərs məhsuldar və məqsədlərini doğrultmuş dərs kimi qiymətləndirilib.