8-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib

09.02.2022-ci il tarixində məktəbin akt zalında 8-ci sinif valideynləri ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin göndərdiyi test nümunələri əsasında 8-ci siniflərdə aparılan BSQ-lərin nəticələri, şagirdlərin 1-ci yarım il qiymətləri, göstəricilərinə görə risk qrupuna daxil olan şagirdlər üçün müəyyən edilmiş əlavə tədbirlər, növbəti təhsil pilləsində şagirdləri gözləyən buraxılış imtahanının şagirdlərə, müəllimlərə və valideynlərə yüklədiyi böyük məsuliyyət və s barədə fikir mübadiləsi aparılıb. 8-ci siniflərdə dərs deyən müəllimlər şagirdlər haqqında valideynlərə ətraflı məlumat verib, valideynlərin sualları məktəb rəhbərliyi və müəllimlər tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi