Növbəti şagird uğuru90 nömrəli tam orta məktəbin 9r sinif şagirdi Muradov Coşqun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən boks idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi yarışında 70 kq çəki dərəcəsində qalib gələrək lll yeri qazanıb. Qalib şagirdimiz diplom və bürünc medalla təltif olunub.
Məktəb direktoru Vələddin Nurəddinov şagirdimizi təbrik edib , uğurlarının davamlı olmasını diləyib.
Şagird uğuruMəktəbin 2r sinif şagirdi Mövsümova Amira akrobatika gimnastikası üzrə 5-ci açıq birinciliyində üçüncü yeri tutduğuna görə diplom və bürünc medalla təltif edilib.
Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, nailiyyətlərinin daha çox olmasını arzulayırıq.
Uğur qazanan şagirdimizMəktəbin 6d sinif şagirdi Zeynəb Məmmədli beynəlxalq riyaziyyat olimpiadasında uğurla iştirak edib və fərqlənmə sertifikatı ilə təltif olunub.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova uğur qazanan şagirdimizi təbrik edib , uğurlarının davamlı olmasını diləyib .