Şagird uğuru15.12.2024-cü il tarixdə keçirilən Kempo üzrə Açıq Respublika turnirində məktəbin 5e sinif şagirdi Kərimli Həmzə (11-12 yaş) Kempo-Kumite döyüş qaydaları üzrə 30 kq. çəki dərəcəsində bacarıq göstərərək I yerə layiq görüldüyü üçün diplom və medalla təltif olunub.
Məktəb direktoru Vələddin Nurəddinov şagirdimizi bu uğurları münasibətilə təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb.
Uğur qazanan şagirdlərimizMəktəbin 4q sinif şagirdləri Novruzlu Atilla, Novruzlu Metehan Beynəlxalq Olimpiadada Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə uğurla iştirak ediblər. Hər iki şagirdimiz sertifikat və qızıl,gümüş və bürünc medal qazanıblar .
Uğur qazanan şagirdlərimizi və ibtidai sinif müəllimini təbrik edirik.
Şagird uğuru Məktəbin 4c sinif şagirdi İbayev Akif Judo klub açıq birinciliyində l yeri tutduğuna görə diplom və medalla təltif edilib. Şagirdimizi təbrik edir,uğurlarının davamlı olmasını diləyirik.