Nailiyyətlərimiz

UĞUR QAZANAN ŞAGİRDİMİZMəktəbin 1"b" sinif şagirdi Cəfərxanlı Ayla Cəfər qızı gimnastika idman növü üzrə yarışda ll yerə layiq görülüb, diplom və medalla təltif olunub. Şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.

NÖVBƏTİ UĞURÜmummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ATİAHİ respublika komitəsi tərəfindən təşkil olunan Bakı şəhərinin rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən idman yarışlarında məktəbimizin kişi müəllimlərindən ibarət valeybol komandası uğur qazanaraq ll yerə layiq görülüb. Uğur qazanan komandanın üzvləri məktəbin Fiziki tərbiyə müəllimləri Bayramov Rafiq ,Hüseynli Orxan ,Salmanov Orxan ,Tarix müəllimi Usubov Usub kubok və diplomla mükafatlandırılıb. Qalib müəllimlərimizi təbrik edir ,uğurlarının davamlı olmasını arzulayırıq.

Şagirdlərimiz AMO VƏ SASMO olimpiadasında uğurla iştirak ediblərAMO və SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanan şagirdlərimizi təqdim edirik. 6d sinif şagirdi Babayev Heydər -gümüş medal 4a sinif şagirdi İsmayılova Əsmər- bürünc medal 3c sinif şagirdi İsmayılzadə Asya-beynəlxalq dərəcəli sertifikat 9e sinif şagirdi Sərkərova Zəhra -beynəlxalq dərəcəli sertifikat 9a sinif şagirdi İsmayılova Nigar -beynəlxalq dərəcəli sertifikat 6c sinif şagirdi Vəlizadə Ləman- beynəlxalq dərəcəli sertifikatla təltif olunublar. Şagirdlərimizi və onların müəllimlərini təbrik edir ,uğurlar arzulayırıq. Qeyd edək ki,AMO və SASMO ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu müsabiqələr şagirdlərin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır, onlarda riyaziyyat fənninə, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edir.

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Şəmməd Kosayev Mahmud

Nigar İsmayılzadə Elbrus

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi