Nailiyyətlərimiz

“Playmakers” layihəsində uğurla iştirak edən komandamızUEFA və AFFA, FİFA-nın birgə əməkdaşlığı çərçivəsində qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün “Playmakers” layihəsi keçirilir. Respublika üzrə 30 məktəbin yer aldığı layihədə məktəbimizin qızlardan ibarət futbol komandası fəal iştirak edib. Uğurla iştirak edən şagirdlərimiz diplomla təltif olunub. Uğur qazanan şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik. Qeyd edək ki, layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.

NÖVBƏTİ UĞUR90 nömrəli tam orta məktəb və fiziki tərbiyə müəllimi Rafiq Bayramov "AFFA" nın təşəbbüsü və təşkilatçılığı, FİFA" və "UEFA" nın dəstəyilə "Məktəblərdə Futbol Dərsi" layihəsinə cəlb olunmuş məktəblər arasında minifutbol turnirində şagirdlərin fəal iştirakına görə diplomla təltif olunublar. Uğurlarımız daim olsun!

QALIB FUTBOL KOMANDAMIZ23 may 2024-cü il tarixlərində Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin kişi müəllimləri arasında futbol yarışı keçirilib. Futbol yarışında məktəbimizin futbol komandası uğur qazanaraq l yeri tutub. Qalib komandamızın üzvləri Rafiq Bayramov,Orxan Hüseynli, Orxan Salmanov,Ələkbər Orucov, Sənan Allahverdiyev ,Cavad Qurbanov , Qabil Əliyevi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Roza Qasımova Elçin

Ləman Arifli Rəşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi