Uğur qazananan şagirdimizMəktəbin 5r sinif şagirdi Muhəmməd Musazadə 7-8 may 2024-cü il tarixlərində BƏƏ-də keçirilən WAMAS-2024 Ümumdünya Mental Arifmetika Müsabiqəsində l yerə layiq görülüb. Muhəmməd diplom və kupokla mükafatlandırılıb. Şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını arzulayırıq.
İNŞA YAZI MÜSABİQƏSİNDƏ UĞUR QAZANAN ŞAGİRDİMİZ8 may 2024 tarixində Sabunçu rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda inşa yazı müsabiqəsində məktəbin 11a sinif şagirdi Həmzə-zadə Zəhra uğur qazanaraq lll yerə layiq görülüb. Şagirdimizi və onun Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Məmmədovanı təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik. Qeyd edək ki, müsabiqə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
Uğur qazanan şagirdlərimizUlu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş cüdo turnirində məktəbin 6f sinif şagirdləri Yaqubzadə Turan və Mahmudov İbrahim ll yerə layiq görülüb ,diplom və gümüş medalla təltif olunub. Uğur qazanan şagirdlərimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.