ŞAGİRD UĞURURixard Zorge adına 90 nömrəli tam orta məktəbin 10d sinif şagirdi Mansurova Şəbnəm Elşad qızı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən stolüstü tennis idman növü üzrə ölkə birinciliyində uğurla iştirak edərək l yerə layiq görülüb.
Şagirdimiz 3 diplom və qızıl medallarla təltif olunub. Qalib şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
QALİB ŞAGİRDİMİZRixard Zorge adına 90 nömrəli tam orta məktəbin 8c sinif şagirdi Kərimov Həsənağa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağırlıqqaldırma üzrə ölkə birinciliyində uğurla iştirak edib və lll yeri qazanıb. Qalib şagirdimiz diplom və bürünc medallarla təltif olunub.
Qalib şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
AMO olimpiadasında fərqlənən şagirdimizMəktəbin 10a sinif şagirdi Sərkərova Zəhra AMO (American Mathematics Olympiad) Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak edib və fərqlənmə sertifikatı ilə təltif olunub.
Uğur qazanan şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.