SƏNƏDLƏŞMƏ İŞLƏRİNƏ NƏZARƏT

    3 may 2023-cü il tarixində  sinif davranış jurnallarına NİS koordinatoru Aygün Sadıqova tərəfindən növbəti nəzarət həyata keçirilib.  Davranış qaydalarının tətbiqi vəziyyəti müzakirə edilib, şagird davranış jurnalları , rəğbətləndirmə jurnalları və digər sənədlər yoxlanılıb.
      NİS şurasının üzvləri ilə müzakirə keçirilib. Müzakirədə şagird davranış qaydalarına uyğun təsdiq edilmiş daxili nizam-intizam qaydalarının tətbiqinin təmin olunması,  şagird davranışlarının qeydiyyatı ilə bağlı sinif davranış jurnallarına davamlı nəzarət olunması, şagird davranış qaydalarının tətbiqindən sonra görülmüş işlər və əldə olunan nəticələr barədə valideynlərin məlumatlandırılması kimi məsələlər təhlil olunub.
Valideynlərə jurnallarda qeyd olunan qayda pozğunluğu haqda məlumat verilib, bildirişlər göndərilib. Yeni nizam-intizam qaydaları valideynlərlə müzakirə olunub ,onların fikirləri dinlənilib.
      Müzakirədə məktəb psixoloqu Cəmilə Məmmədova ,UBR Lida Muxtarova iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi