Maarifləndirici görüşdə iştirak edən şagirdlərimiz

     Milli Müdafiə Universitetinin və Qarabağ Universitetinin professor-müəllim heyətinin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşü keçirilib. 
    90 nömrəli  tam orta məktəbin Xl sinif şagirdləri Uşaq birliyi təşkilatı rəhbəri Lida Muxtarovanın nəzarəti ilə görüşdə iştirak ediblər. Universitetinin nümayəndələri təqdimatla çıxış edərək tədris proqramları, fakültələr, ixtisaslar, universitetin  fəaliyyəti barədə ətraflı məlumat veriblər.
    Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi