Monitorinqlə bağlı psixoprofilaktik iş aparılıb

15 may 2025-ci il tarixində psixoloq Vüsalə Orucova tərəfindən IV siniflərdə keçiriləcək monitorinqlə bağlı psixoprofilaktik iş keçirilib.
Psixoloji dəstək IV sinif şagirdlərinin monitoriqə hazırlığı, dərsə motivasiyası, emosional gərginliyi azaltmaq məqsədilə keçirilib.
Şagirdlərin həyəcan səviyyəsini minimuma endirmək məqsədilə söhbət aparılıb, bir neçə texnika tətbiq olunaraq lazımi tövsiyələr verildi. Şagirdləri narahat edən suallar cavablandırıldı.