“Açıq qapı” günü

90 nömrəli tam orta məktəbdə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə 2024-2025-ci tədris ilinin ikinci yarımilində “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə valideynlər müəllimlərlə görüşüb, məktəbə baxış keçirib, siniflərdə dərs prosesində iştirak edib,müxtəlif məsələlərlə bağlı direktor və direktor müavinlərinə ,müəllimlərə müraciət ediblər.
Məktəb rəhbərliyi ,müəllim kollektivi və inzibati heyəti tərəfindən valideynlərin təklifləri dinlənilib, valideynlər məktəbdəki təlim-tərbiyə prosesi ilə bağlı fikirlərini bildiriblər.
Eyni zamanda, gün ərzində valideynlərlə şagirdlərin təhsildə uğurları müzakirə edilib, bu sahədə onların inkişafı ilə bağlı müxtəlif problemlərin həlli istiqamətində əməkdaşlıq görüşü keçirilib.