3R sinfi Hərbi Qənimətlər parkına ekskursiya ediblər

90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həlimət Camalova rəhbərlik etdiyi 3r sinif şagirdləri ilə Hərbi Qənimətlər parkına ekskursiya ediblər.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verildi. Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadır.