15 May - Beynəlxalq Ailə Günüdür

     BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən  2008-ci ildən etibarən hər il Azərbaycanda15 may Beynəlxalq Ailə Günü kimi qeyd edilir. 
     Bu günün xüsusi qeyd edilməsində məqsəd ailə institutunun inkişafına, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə verməkdir. 
     Ailə bir-birini qorumaq, qayğısına qalmaq,  ən çətin günlərdə belə bir-birinə dəstək olmaq, bir yerdə sevinmək, dəyər vermək deməkdir! Ailə - həyatda qazana biləcəyimiz ən böyük uğurumuz, ən əsas mükafatımızdır! 
      Ailələrimizi bu gün münasibətilə təbrik edir, xoşbəxtlik və rifah arzulayırıq! 
      Bu münasibətilə 14.05.2022 -ci il tarixli gündə məktəbimizdə “Xoşbəxt və möhkəm ailə - sağlam cəmiyyət “adlı ədəbi-bədii tədbir keçirildi. 
      Tədbirdə məktəb rəhbərliyi , müəllim və şagird heyəti , həmçinin valideynlər iştirak edirdilər. 
Azərbaycan dili və Ədəbiyyat müəllimləri Günel Cəfərova və Humay İsmayılovanın təşkilatçılığı ilə keçirilən tədbirdə ailə dəyərlərinin təbliği, qorunması haqqında danışıldı, şagirdlər tərəfindən hazırlanmış maarifləndirici və Ailə Gününün anlamını özündə əks etdirən səhnəciklər təqdim olundu. 
     Sonda məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək azərbaycanlılara məxsus ailə dəyərləri haqqında danışdı və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi