"Son Zəng" tədbiri keçirilib

İyunun 14 - də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə "Son Zəng" tədbiri keçirilib. Aparıcılar məzunları və gələn qonaqları salamladıqdan sonra “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlandı. Məktəbimizin məzunu şəhid Mübariz Nəcəfovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri məktəbin direktoru Arzu Azadəliyeva açaraq şagirdləri təbrik etdi, onlara vətənə və cəmiyətə layiqli övlad olmalarını arzuladı, məktəbin nailiyyətlərindən, adlı-sanlı qabaqcıl müəllimlərindən danışdı. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin nümayəndəsi  Səkinə xanım çıxış etdi və bütün məzunlara uğurlar arzuladı. Sinif rəhbərləri: Tərlan Eyvazova,  Zarnura Musayeva, Gülnaz Hüseynovanın çıxışları məzunları duyğulandırdı. Onlar məzunlara həmişə məktəbin adını uca tutmağı arzuladılar. “Son zəng” tədbirində şagirdlərin ifasında müxtəlif rəqs nömrələri və mahnılar səsləndirilib. Daha sonra 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim edərək havaya sülhün rəmzi olan göyərçinləri uçurtdular. Sonda onbirinciləri müstəqil həyata səsləyən son zəng səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi