5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə yarış keçirilib

 5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir.

Martın 5-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Gələcək çempionlar sıramızdadır” hərəkatı çərçivəsində məktəbdaxili idman yarışı keçirilib. Tədbirin məqsədi – şagirdlər arasında fiziki hazırlıq və həmçinin idmanın, sağlam və aktiv həyat tərzinin təbliğatıdır. Yarışlardan əvvəl fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında mütəmadi məşqlər keçirilib. Bura idmanın qaçış, tullanma növləri, həmçinin sərrastlıq və düşüncə məşğələləri daxil olub.Tədbirdə şagirdlər idman rəqsləri ifa ediblər və güləş yarışını nümayiş etdiriblər. Siniflər arasında "Şən startlar" yarışı keçirilib. Hər bir sinif yarışda komanda və aktiv azarkeşlərlə təmsil olunub. Maraqlı yarışın bütün mərhələləri gərgin mübarizə şəraitində keçib. Məktəbin direktoru Arzu Azadəliyeva qalibləri təbrik edərək belə kollektiv tədbirlərin məktəblilərin mehribançılığına, ətraf mühitə diqqətlərinin artmasına səbəb olduğunu və uşaqları çətin həyat yolunda bir-birinə yardım etməyi öyrətdiyini vurğulayıb. İdman – güc və sağlamlığın əsas mənbəyidir. O, cəsarəti, qətiyyəti inkişaf etdirir, kollektivlik, intizam hissini, ən əsası isə - hədəfə çatma iradəsini aşılayır. Tədbirin sonunda müxtəlif idman növləri ilə çıxış edən şadirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi