Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş açıq dərslər keçirildi

Martın 1-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş açıq dərslər keçirildi. Dərsdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edirdilər. Dərslərin keçirilməsində əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
            Şagirdlər mülki müdafiə gününə həsr olunmuş "açıq dərs"də zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat verdilər. Sözügedən hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdırdılar.  Fövqəladə Hallar Nazirliyinin əməkdaşı siniflərdə müşahidələr aparıldığı zaman şagirdlərin mülki müdafiə biliklərinin yüksək səviyyədə olduğunu qeyd etdi. Dərsdə şagirdlərin iştirakı ilə tibb manqasının yaralıya tibbi yardım göstərilməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirildi.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi