"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub

Dekabrın 14-də Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Ekskursiyada 60 şagird və 3 müəllim iştirak edib. Ekskursiyanın əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarət olub.

Ekskursiyada şagirdlərə bələdçi tərəfindən Qız Qalası haqqında ümumi məlumat verilib və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olublar. Daha sonra Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları və Qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunub. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də şagirdlərin xüsusi marağına səbəb olub.

Şagirdlər tərəfindən böyük maraqla qarşılanan ekskursiya zamanı şagirdlər xüsusi fəallıq göstəriblər.

Ekskursiyada, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi