“Oxu günü” çərçivəsində “Oxu müsabiqəsi” keçirilib

Məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinə əsasən “Oxu günü” çərçivəsində aprelin 19-da Mübariz Nəcəfov adına 86№li tam orta məktəbdə məktəb rəhbərliyi tərəfindən V–VIII və IX-XI sinif şagirdlərinin  mütaliə vərdişləri səviyyəsinin öyrənilməsi məqsədilə “Oxu müsabiqəsi”nə start verilib. Müsabiqə 2 mərhələdə keçirilib. I mərhələ  1-31 mart tarixlərini əhatə edib. Bu mərhələdə şagirdlərə yaş səviyyələrinə uyğun olaraq oxumaq üçün 3 kitab təqdim olunub. Aprelin 19-da keçirilən II mərhələdə şagirdlər ümumilikdə 60 sualdan ibarət test tapşırıqlarını cavablandırıb. Müsabiqənin yekun mərhələsində yüksək bal toplayaraq I, II, III yerlərə layiq görülən şagirdlər pul mükafatı ilə, digər seçilən şagirdlər isə həvəsləndirici mükafatlarla təltif oluacaqlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi